ÇL-in qalibi “Real” olacaq? - Tarixi statistika gündəmə gəldi
Bizi izləyin

İdman

ÇL-in qalibi “Real” olacaq? - Tarixi statistika gündəmə gəldi

“Real” UEFA Çempionlar Liqasının 2023/24 mövsümünün 1/4 finalında ötən mövsüm turnirin qalibi olan "Mançester Siti"ni məğlub edərək yarımfinala yüksəlib.

Publika.az xəbər verir ki, Madrid klubu kuboka gedən yolda hazırkı sahibi məğlub edərək 6 dəfə qitənin bir nömrəli klub turnirinin qalibi olub. Yalnız bir halda 1963/64 mövsümündə istisna baş verib. O zaman “kral klubu”nu kubokun əvvəlki qalibi “Milan” 1/4 finalda mübarizədən kənarlaşdırıb, finalda isə “İnter”ə uduzub.

Qeyd edək ki, Çempionlar Liqasının rekord - 14 dəfə qalibi olan “Real” yarımfinalda “Bayern”lə qarşılaşacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm