"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
Bizi izləyin

İdman

"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR

Ötən gün "Real" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirdi. "Kral klubu" ilk oyunda 3:3 hesablı heç-heçə etdiyi "Mançester Siti"nin qonağı oldu. Bu görüşün əsas və əlavəv vaxtlarında da (1:1) qalib müəyyənləşmədi. Cütün taleyinə penaltilər seriyasında aydınlıq gəldi. 11 metrlik zərbələlərdə madridlilər daha dəqiq oldu - 4:3.

"Real"ın görüşdəki yeganə qolunun müəllifi Rodriqo oldu. Ançelottinin əsas kartlarından biri hesab edilir. Braziliyalı forvard çempionatda o qədər də parlaq çıxış etmir. Lakin Çempionlar Liqasında komandası üçün olduqca faydalıdır.

Bu mövsüm Rodriqo bütün turnirlərdə 17 qol və 6 asistlə yadda qalıb. ÇL-də isə 10 oyunda 5 dəfə fərqlənib və 2 məhsuldar ötürmə edib.

Rodrygo - Player Profile - Football - Eurosport

Rodriqo meydandan kənar həyatı ilə də gündəmə gəlməyi bacarır. O, əkiz oğul böyüdür. Eyni zamanda braziliyalı tiktoker Bruna Rotta ilə görüşür. O, uşaqlarının anası deyil.

Sarışın gözəl 25 yaşında qısa videolar sayəsində məşhurlaşıb. Ümumilikdə onun 3 milyondan çox abunəçisi var. O, idman zalındakı gündəlik həyat haqqında hekayələr çəkir və bir sıra məsələlərdə məsləhətlər verir.

2023-cü ilə qədər Bruna 2 il sörfçü Edson Juniorla görüşürdü. Ötən il Madridə - Rodriqonun yanına köçüb. Buna qədər Bruna Rioda yaşayırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm