Naqelsmannın Almaniya millisindəki taleyi məlum oldu
Bizi izləyin

İdman

Naqelsmannın Almaniya millisindəki taleyi məlum oldu

Almaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Yulian Naqelsmann ilə müqavilənin uzadıldığını rəsmən açıqlayıb.

Publika.az xəbər verir ki, 36 yaşlı mütəxəssislə yeni müqavilə eyni anda üç ölkədə - ABŞ, Kanada və Meksikada baş tutacaq DÇ-2026-nın sonuna kimi qüvvədə olacaq.

Alman mütəxəssis vəzifəsində qalmaq qərarını belə şərh edib:

“Bu, ürəkdən gələn bir qərardır. Milli komandanı çalışdırmaq və ölkənin ən yaxşı futbolçuları ilə işləmək imkanı əldə etmək böyük şərəfdir. Uğurlu, ehtiraslı çıxışlarımızla bütün ölkəni ruhlandırmaq şansımız var. Martda Fransa və Niderland üzərində qazanılan 2 qələbə məni çox təsirləndirdi. Biz evdə birlikdə uğurlu Avropa çempionatı keçirmək istəyirik. Mən komandamla birlikdə bunu səbirsizliklə gözləyirəm”.

Mətbuatda Yulian Naqelsmannın "Bayern" ilə danışıqlar apardığı bildirilirdi.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm