Ölən futbolçunun baş tutmayan transferinə görə milyonlar tələb edirlər
Bizi izləyin

İdman

Ölən futbolçunun baş tutmayan transferinə görə milyonlar tələb edirlər

İngiltərə Çempionşipində mübarizə aparan "Kardiff Siti" vəfat etmiş Emiliano Salanın 2019-cu ildəki uğursuz transferinə görə "Nant"dan 104 milyon funt-sterlinq təzminat istəyir.

Publika.az xəbər verir ki, həmən ilin yanvarında argentinalı futbolçu Uels klubu ilə müqavilə imzalamaq üçün Fransadan Böyük Britaniyaya uçarkən təyyarə qəzasında həlak olub. 2023-cü ildə FİFA "Kardiff"ə uğursuz transferə görə "Nant"a 15 milyon funt-sterlinq ödəməyi tələb etmişdi.

Qərardan narazı qalan Çempionşip klubu Nant Ticarət Məhkəməsində iddia qaldırıb. "Kardiff"in fikrincə, oyunçunun İngiltərəyə uçuşunu Fransa təmsilçisi təşkil etdiyi üçün kluba maliyyə və reputasiya itkiləri gətirən Salanın pozulmuş transferinə görə məsuliyyət daşımalıdır.

Həmin vaxt Premyer Liqada mübarizə aparan klub ekspertiza əsasında 104 milyon funt sterlinqlik zərər hesablayıb. Analitiklər Sala transferinin reallaşacağı halda, klubun elitadan Çempionşinaya düşmək şansının 54% olduğunu bildiriblər.

"Nant" da öz növbəsində, "Kardiff"in kluba vurduğu mənəvi ziyana görə təzminat tələb edərək, əks iddia qaldırıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm