PSJ "Barselona"nın vunderkindindən əl çəkmir
Bizi izləyin

İdman

PSJ "Barselona"nın vunderkindindən əl çəkmir

PSJ bu yay "Barselona"nın 16 yaşlı vingeri Lamin Yamalı almaq niyyətini dəyişməyib.

Publika.az xəbər verir ki, Fransa nəhəngi onun üçün 200 milyon avro ödəməyə hazırdır. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Yamal Paris təmsilçisinin qarşıdan gələn transfer pəncərəsi üçün əsas prioritet hədəfləri siyahısındadır. PSJ gənc vingeri mövsümün sonunda klubu tərk edəcək hücumçu Kilian Mbappenin əvəzedicisi kimi görür.

Lamin Yamal “Barselona”nın yetirməsidir. Bu mövsüm o, bütün yarışlarda 44 matçda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalına görə, vunderkindin bazar dəyəri 75 milyon avrodur.

Qeyd edək ki, "Barselona"nın prezidenti Xuan Laporta Yamala görə PSJ-dən gələn fantastik təklifi rədd etdiyini açıqlamışdı.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm