Belə uzun penalti seriyası görməyibsiniz: Dünya rekordu qeydə alındı - VİDEO
Bizi izləyin

İdman

Belə uzun penalti seriyası görməyibsiniz: Dünya rekordu qeydə alındı - VİDEO

İsrail Aleph Liqasının (red - ölkənin üçüncü ən yaxşı çempionatı) pley-off mərhələsinin yarımfinal matçında futbol dünyasının diqqətini cəlb edən hadisə yaşanıb.

Publika.az xəbər verir ki, "Dimona" "Şimson"u penaltilər seriyasında məğlub edərək finala yüksəlib. Seriya 50 dəqiqə davam edib. Yekunda "Dimona" 23:22 hesablı qələbə qazanıb. Ümumilikdə futbolçular 56 penalti yerinə yetiriblər ki, bu da mütləq dünya rekordudur.

Əvvəlki rekord 2022-ci ildə "FA Memorial Cup" çərçivəsində baş tutan "Vaşinqton" - "Bedlinqton" görüşündə qeydə alınıb. Futbolçular həmin matçda penaltilər seriyasında 54 zərbə vurub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm