Aygün Kazımova Azərbaycan kubokunun finalında
Bizi izləyin

İdman

Aygün Kazımova Azərbaycan kubokunun finalında

İyunun 2-də "Qarabağ" və "Zirə" arasında “Dalğa Arena”da keçiriləcək Azərbaycan kubokunun final oyunundan əvvəl konsert proqramı olacaq.

Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Konsert proqramında Azərbaycan Respublikasının xalq artisti Aygün Kazımova çıxış edəcək. Konsert proqramı 19:00-da başlayacaq. Final görüşü isə saat 20:00-da start götürəcək.

Matç üçün biletlər mayın 25-dən etibarən “Dalğa Arena”nın və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satışda olacaq. Biletlərin qiymətləri 5, 10, 15 və 50 AZN təşkil edəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm