İdman
2 qələbə, 2 məğlubiyyət
Koreyanın Jeju şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir.
Azərbaycan Boks Federasiyasından Publika.az-a verilən məlumata görə, yarışın ikinci günündə milli komandamızın 4 üzvü rinqə çıxıb. Onlardan ikisi – Yelena Vıstropova (69 kq) və Yana Alekseyeva (60 kq) qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar. Avropa çempionu Y.Vıstropova İngiltərə boksçusu Steysi Kopelandı məğlub edib – 3:0. Milli komandamızın üzvü 1/8 finalda taypeyli Çhen Çia Çunla qarşılaşacaq.
Y.Alekseyeva isə ilk görüşdə Macarıstan təmsilçisi Vivien Tsombordan üstün olub – 3:0. Boksçumuz 1/16 finalda almaniyalı Taşena Buqarla üz-üzə gələcək.
Təəssüff ki, Anaxanım Ağayeva (51 kq) və Məhsəti Həmzəyeva (57 kq) ilk mərhələdə uduzaraq dünya çempionatından kənarda qalıblar. A.Ağayeva taylandlı Sopida Satumruma, M.Həmzəyeva isə meksikalı Esquel Ledesmaya uduzub.
Noyabrın 18-də 3 boksçumuz rinqə çıxacaq. Anna Əlimərdanova (54 kq) meksikalı Sosa Paredes Denia Karinayla, Əzizə Abbasova (48 kq) rusiyalı Zoya İsayevayla, Y.Alekseyeva isə almaniyalı Taşena Buqarla qarşılaşacaqlar.
-
Hadisə18:40
Füzulidə YANĞIN: tüstüdən zəhərlənən var
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var