İdman
"Mançester Yunayted"in sabiq ulduzu "Neftçi"nin baş məşqçisi olacaq
İngiltərənin "Mançester Yunayted" klubunun sabiq ulduzu "Neftçi"nin baş məşqçi postuna gətirilir.
Publika.az Report-a istinadən xəbər verir ki, “ağ-qaralar” Miodraq Bojoviçin gedişindən sonra bu posta norveçli məşhur mütəxəssis Henninq Berqin namizədliyini nəzərdən keçirir.
Futbolçu karyerasına ölkəsinin “Volerenqa” klubunda başlayan 54 yaşlı mütəxəssis 3 il bu klubun şərəfini qoruduqdan sonra "Lillestrom"a transfer olunub. Uğurlu çıxışı ilə diqqətləri üzərinə çəkən Berq daha sonra İngiltərənin “Blekbern” komandası ilə müqavilə bağlayıb. 4 il bu klubun əsas sağ cinah müdafiəçisinə çevrilən Berq 1997-ci ildə həmin vaxt rekord məbləğ sayılan 5 milyon funt sterlinqə “Mançester Yunayted”ə transfer olunub. O, “qırmızı şeytanlar”la iki dəfə ölkə çempionatının (1999, 2000), İngiltərə Liqa Kubokunun və Çempionlar Liqasının (1999) qalibi olub.
Mütəmadi olaraq Norveç milli komandasına da dəvət alan Berq yığmanın heyətində 100 oyun keçirib və 9 qarşılaşmada fərqlənməyi bacarıb.
Baş məşqçi karyerası da uğurlu olan Berq çalışdırdığı ”Omoniya” klubu ilə ölkə çempionu (2020/2021) və Kipr Superkubokunun qalibi (2021/2022) adını qazanıb. O, Kipr təmsilçisini 2 dəfə avrokubokların qrup mərhələsinə çıxarmağa nail olub. Bundan başqa, Berq 2013/2014 mövsümündə Polşanın ”Leqiya” klubu ilə çempionluq sevinci yaşayıb. Bir il sonra bu klubla Polşa Kubokunun sahibi olub.
H.Berq son olaraq 2023/2024 mövsmündə İsveçin AİK klubunu çalışdırıb.
-
Sosial19:13
Faciəvi şəkildə ölən Arzunun nişanlısı: "Allah mənim bəlamı versin" - FOTO
-
Hadisə19:02
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
-
Nida Xəbər 18:07
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
-
İdman18:00
Ehtiram Quliyev Bakının bu kəndində 5 hektar torpaq aldı: Məqsədi nədir?
-
Yaxın Şərq17:31
Türkiyə Həsən Nəsrullahın öldürülməsinə belə REAKSİYA VERDİ
-
MDB17:10
Azərbaycanın yaxın dostu ağır xəstəliyə tutulub? - RƏSMİ AÇIQLAMA
-
Hadisə16:30
Rus pilotların olduğu Mi-8 bu ölkədə qəzaya uğradı: 6 ölü, 8 yaralı
-
Magazin215:40
Ceyson Stethemin sevgilisi premyeraya “çılpaq” gəldi - FOTO