İspaniya maksimum nəticə göstərdi, İtaliya 1/8 finala vəsiqə qazandı
Bizi izləyin

İdman

İspaniya maksimum nəticə göstərdi, İtaliya 1/8 finala vəsiqə qazandı

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Albaniya - İspaniya görüşü başa çatıb.

Publika.az xəbər verir ki, qarşılaşma "buğalar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha əvvəldən 1/8 finala vəsiqəni təmin edən ispanlar B qrupundakı xallarının sayını 9-a çatdıraraq maksimum nəticə göstəriblər.

Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşü də başa çatıb.

B qrupunun oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qarşılaşmada hesabı xorvatlardan 55-ci dəqiqədə Luka Modriç açıb. İtaliyanların bərabərlik qolu isə 90+ 8-ci dəqiqədə gəlib. Mattia Cakkani fərqlənib.

Son dəqiqədə vurulan qol sayəsində xallarının sayını 4-ə çatdıran İtaliya millisi qrupda ikinci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm