“Neftçi”dən “Qarabağ”a badalaq: iki dəfə artıq pul təklif etdi
Bizi izləyin

İdman

“Neftçi”dən “Qarabağ”a badalaq: iki dəfə artıq pul təklif etdi

“Neftçi”nin transfer çalışmalarına başladığı barədə məlumat vermişdik. “Ağ-qaralar”ın yeni baş məşqçisi gələr-gəlməz heyətin gücləndirilməsi prosesinə başlayıb. Ukraynalı mütəxəssisin daha öncə “Polissya”da çıxış edən millimizin üzvü Emil Mustafayevi ixtiyarında görmək istədiyini bildirmişdik. Qriqorçukun hədəfində daha bir futbolçu var.

Publika.az bildirir ki, “ağ-qaralar”ın yeni baş məşqçisi “Qarabağ”a transferi reallaşmaq üzrə olan Aleksey Kaşuku komandasında görmək istəyir. O, futbolçu ilə bu barədə danışıb. Artıq “Neftçi” rəhbərliyi də azad agent olan Kaşukla əlaqəyə keçib və Ağdam təmsilçisindən təqribən 2 dəfə yaxşılaşdırılmış şərtlərlə müqavilə təklif edib.

Alekseyin bakılılara hansı cavabı verdiyi məlum deyil. Amma Qriqorçukun bu transferdə israrlı olduğu dəqiqdir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm