Dünya çempionatının finalı bu stadionda keçiriləcək
Bizi izləyin

İdman

Dünya çempionatının finalı bu stadionda keçiriləcək

“Real”ın ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionu 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının final matçına ev sahibliyi edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

FİFA artıq qərar verib və hələ rəsmi açıqlama verilməsə də, məkan dəyişdirilməyəcək.

2030-cu il dünya çempionatına üç ölkə – İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. İlk dünya çempionatının 100 illiyi şərəfinə üç açılış oyunu Uruqvay, Paraqvay və Argentinada keçiriləcək.

İyulun 31-dək 2030-cu il dünya çempionatına ev sahibliyi edən ölkələr turnirin oyunlarını keçirəcək şəhər və stadionların siyahısını təqdim etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm