Futbolçudan bərbərinə toy hədiyyəsi: Avro-2024-ün finalına dəvət etdi
Bizi izləyin

İdman

Futbolçudan bərbərinə toy hədiyyəsi: Avro-2024-ün finalına dəvət etdi

İspaniya millisinin üzvü Alvaro Morata maraqlı jest edib.

Publika.az xəbər verir ki, o, iyulun 13-də toyu olacaq bərbəri Olivanı indidən Avropa çempionatının final görüşünə dəvət edib:

“Finaldan bir gün əvvəl, iyulun 13-də evlənirəm. Əgər ispanlar finala yüksəlsələr, ümid etdiyim və arzuladığım şey baş tutacaq. Bəlkə ertəsi gün həyat yoldaşımla Almaniyaya gəlib Avropa çempionatını finalına baxa bilərəm. Morata dəvət edib. O, mənə toy hədiyyəsi olaraq finalı vəd edib”.

Morata ilə saç ustasının uzun müddətdir ki, dostluq münasibətləri var. Olivanın müştəriləri sırasında "Atletiko", "Real" və "Rayo Valyekano" kimi klubların tanınmış futbolçuları var.

Xatırladaq ki, İspaniya - Almaniya matçı iyulun 5-də Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm