İdman
AVRO-2024-ün 1/4 final mərhələsi start götürür
![](https://publika.az/storage/2024/06/14/euro2024.jpg?v1720415791)
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 final oyunlarına start veriləcək.
Publika.az xəbər verir ki, günün ilk matçında İspaniya və Almaniya yığmaları üz-üzə gələcək.
Pireneylilər 1/8 finalda Gürcüstanı (4:1), meydan sahibləri isə Danimarkanı (2:0) mübarizədən kənarlaşdırıb.
Erkən final kimi xarakterizə olunan görüş Ştutqart şəhərindəki "MHP Arena"da keçiriləcək.
Növbəti qarşılaşmada isə Portuqaliya və Fransa milliləri güclünü ayırd etməyə çalışacaqlar. Əvvəlki mərhələdə portuqaliyalılar Sloveniyanı (0:0, penaltilər seriyasında 3:0), fransızlar isə Belçikanı (1:0) məğlub ediblər. Bu oyun Hamburqdakı “Folksparkştadion"da baş tutacaq.
Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da baş tutacaq.
AVRO-2024
1/4 final
5 iyul
20:00. İspaniya - Almaniya
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, "MHP Arena".
23:00. Portuqaliya - Fransa
Baş hakim: Maykl Oliver (İngiltərə).
Hamburq, “Folksparkştadion".
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Avropa09:07
Qərar qəbul edildi: NATO bu ölkəni Rusiyaya görə cəzalandıracaq
-
Magazin108:36
Aktrisa oğluna dəbdəbəli toy etdi, məşhurlar axışdılar - VİDEO
-
Avropa08:12
Gün ərzində nə qədər şokolad yemək olar?
-
İdman06:46
Neymar üçüncü dəfə ATA OLDU - Körpənin model anasından cazibədar FOTOLAR
-
ABŞ05:15
ABŞ PUA-ya "SUSADI": Avropadan idxal maksimum həddə çatdırıldı
-
Art04:44
"Kişi ananın sözünə qulaq asmalıdır, arvadın isə..." - VİDEO
-
Dünya04:14
6,2 bal gücündə zəlzələ bu ölkəni YERİNDƏN OYNATDI
-
İdman01:21
Türkiyə millisi AVRO-2024-də görün nə qədər QAZANDI