Yamal kumirinin adını açıqladı: Messi deyil
Bizi izləyin

İdman

Yamal kumirinin adını açıqladı: Messi deyil

"Barselona"nın vingeri Lamin Yamal Kataloniya komandasındakı kumirinin adını açıqlayıb.

Publika.az xəbər verir ki, hər kəs onu "Barsa"nın sabiq ulduzu Lionel Messi ilə müqayisə etsə də, 16 yaşlı vunderkindin seçimi başqa futbolçudan yana olub. “Mən həmişə deyirəm ki, Lionel Messi tarixin ən yaxşı futbolçusudur. Amma Neymarın oyununu izləməyi daha çox sevirdim”, - deyə Yamal “Marca”ya açıqlamasında bildirib.

Qeyd edək ki, ötən mövsüm Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 51 oyun keçirib, 7 qol vurub və 10 məhsuldar ötürmə verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm