Türkiyə millisinin düşərgəsində qonaqllıq: Görün nə sifariş ediblər
Bizi izləyin

İdman

Türkiyə millisinin düşərgəsində qonaqllıq: Görün nə sifariş ediblər

Türkiyə milli komandasının əməkdaşları Avro-2024-ün 1/4 final mərhələsinə yüksəlməsi şərəfinə futbolçular, eləcə də işçi heyəti üçün 300 kabab sifariş ediblər.

Publika.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Mənbənin sözlərinə görə, kabab yeməyə dəvət olunan ümumi heyət 150 nəfər olub. Onlar arasında təhlükəsizlik işçiləri, polislər və otel əməkdaşları da yer alıb. Futbolçulardan birinin eyni anda 3 kabab yediyi vurğulansa da, adı açıqlanmayıb.

Xatırladaq ki, Avro-2024-ün 1/8 finalında “ay-ulduzlar” Avstriyaya 2:1 hesabı ilə qalib gəlib.

Avropa çempionatının 1/4 final mərhələsində Türkiyə Niderland ilə qarşılaşacaq. Qarşılaşma iyulun 6-da Berlindəki “Olimpiastadion”da baş tutacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm