Amerika kubokunun ən yaxşısı o seçildi: Messi deyil - FOTO
Bizi izləyin

İdman

Amerika kubokunun ən yaxşısı o seçildi: Messi deyil - FOTO

Amerika kubokunun ən yaxşısı o seçildi: Messi deyil - FOTO

Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriqes Amerika kubokunun ən yaxşı oyunçusu seçilib.

Publika.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi yarışda meydana çıxdığı 6 matçda 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi Braziliyanın “San Paulo” klubunda çıxış edir. O, əvvəllər “Olimpiakos”, “Əl-Rayyan”, “Everton”, “Bayern”, “Real”, “Monako”, “Porto”, “Banfild” və “Enviqado”da top qovub.

Kolumbiya millisi finalda Argentinaya 0:1 hesabı ilə məğlub olub.

Heybət

James Rodriguez Kolumbiyanı turnirin finalına aparan parlaq nümayişindən sonra 2024 Copa America MVP seçildi | Goal.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm