Dünya
Keçmiş prezidentin məşhur restoran-gəmisi batdı - Foto
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin "Qalleon" restoran-gəmisi Kiyev bölgəsində batıb.
Publika.az xəbər verir ki, gəmi yarıya qədər suyun altında qalıb və su üzən restoranın aşağı qapı və pəncərələrinin səviyyəsinə çatıb.
Sabiq dövlət başçısının restoranının batmasının səbəbi məlum deyil.
Məlumata görə, Kiyev bölgəsindəki üzən iqamətgah 2007-ci ilə qədər dövlətə məxsus olub, daha sonra Yanukoviçin mülkiyyətinə keçib.
2018-ci ildə Kiyev məhkəməsi iqamətgahın ərazisini aktivlərin geri qaytarılması agentliyinə təhvil verib. 2023-cü ildə üzən-restoran rəsmi olaraq milli park və landşaft sənəti abidəsi elan edilib və bir il sonra turistlər üçün açılıb.
"Qalleon"un uzunluğu təxminən 50 metrdir, qədim yelkənli gəmi formasındakı unikal dizaynı və dəbdəbəli əşyaları ilə ziyarətçiləri cəlb edir. Rezidensiyanın içərisində konsert səhnəsi olan ziyafət zalı, VIP qonaqları qəbul etmək üçün salon və keçmiş dövlət başçısının mərmər, büllur, qızılla bəzədilmiş və qiymətli ağacdan hazırlanmış ofisi var. (Oxu.az)
-
MDB15:35Putin: "Rusiyaya endirilən heç bir zərbə Ukrayna ordusuna kömək etməyəcək!"
-
Avropa15:10Çin yüzlərlə Rusiya əsgərini Ukrayna döyüşlərinə hazırlayırmış - Aİ faktlar aşkarlayıb
-
Avropa15:01Krakov meri seçilmək üçün Ukrayna bayrağını təhqir etdi - VİDEO
-
Region14:00Ermənistanda kürdlərin yaşadığı 11 kənd işıqsız qaldı
-
İdman13:46DÇ tarixində belə bir şey olmayıb
-
Elm və təhsil12:56Nazir: "Bizə formal doktorantura bitirənlər lazım deyil"
-
İdman10:32İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı
-
İdman10:00Dünya çempionatında qalmaqal: - İngiltərə yığmasının butsuları və avadanlıqları oğurlandı

































