ABŞ-da məscidə silahlı hücum edənlərin kimliyi bəlli oldu
Bizi izləyin

Dünya

ABŞ-da məscidə silahlı hücum edənlərin kimliyi bəlli oldu

ABŞ-da məscidə silahlı hücum edənlərin kimliyi bəlli oldu

Xəbər verdiyimiz kimi, ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində yerləşən məscidə silahlı hücum edilib və nəticədə 5 nəfər həlak olub. Artıq hücum edən şəxslərin kimliyi bəlli olub.

Publika.az “Reuters”ə istinadən xəbər verir ki, hücumu törədən 17 və 18 yaşlı şəxslərin hadisə yerindən qaçdıqdan sonra intihar etdikləri məlum olub.

Həmçinin, hücum zamanı mühafizəçi Amin Abdullah da daxil olmaqla 3 nəfər həyatını itirib.

Polisin verdiyi məlumata görə, ilkin çağırışdan cəmi 4 dəqiqə sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gedib və məsciddəki şəxslər təxliyə olunub.

Hadisə yerində aşkar edilən benzin bidonunun üzərində “SS” yazılı stikerin olması isə diqqət çəkib. Bu simvolun nasist Almaniyasındakı "Schutzstaffel" təşkilatına aid olduğu ehtimal edilir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm