Avro-2024: Jurnalistləri aparan avtobus qəzaya uğradı
Bizi izləyin

İdman

Avro-2024: Jurnalistləri aparan avtobus qəzaya uğradı

Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimindən sonra jurnalistləri daşıyan avtobus qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə Yaponiyanın "Yomiuri Shimbun" nəşrinin qəza nəticəsində xəsarət alan jurnalisti Vakako Yuki məlumat verib.

"Avtobus manevr edərkən yandan iri qara metal dirəyə çırpılıb", - zərərçəkmiş bildirib. Onun sözlərinə görə, toqquşma zamanı bir neçə nəfərin yerə yıxıldığını görən avtobus sürücüsü şoka düşüb.

O, qəza zamanı avtobusun dolu olduğunu, sərnişinlər qapıları açması üçün sürücüyə qışqırmalı olduğunu bildirib.

Nəqliyyat vasitəsində olan insanlar yağışa baxmayaraq, növbəti avtobusu gözləməmək qərarına gəliblər. Ən yaxın metro stansiyasına qədər piyada getdilər və təyinat yerinə çatıblar.

İyulun 26-da cümə günü axşam Parisdə 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. Onu müxtəlif ölkələrdə tənqid ediblər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm