Blinken onunla şəxsən görüşmək istəyir
Bizi izləyin

ABŞ

Blinken onunla şəxsən görüşmək istəyir

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın yeni xarici işlər naziri Andriy Sibiqa ilə şəxsən görüşmək arzusunda olduğunu bildirib.

Publika.az xəbər verir ki, Blinken bu barədə “X” sosial şəbəkə səhifəsində yazıb:

"Mən yaxın həftələrdə onunla görüşməyi səbirsizliklə gözləyirəm", - Blinken bildirib.

ABŞ dövlət katibi əlavə edib ki, Sibiqa onun “köhnə tərəfdaşı”dır və yaxın əməkdaşlığı davam etdirəcəklərinə ümid edir.

Ukraynanın yeni xarici işlər naziri Sibiqa bildirib ki, Blinkenlə “əla söhbət” edib.

"Biz hərbi yardımın çatdırılmasını sürətləndirmək, sülh həllini təşviq etmək və Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək yollarını müzakirə etdik", - deyə nazir bildirib. O əlavə edib ki, Blinkenlə ümumi demokratik dəyərləri qorumaq üçün sıx əməkdaşlıq gözləyir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm