Sosial
Ətin qiyməti kəskin artdı - VİDEO
Toy mövsümünün başlaması ilə ətin qiymətində artım müşahidə olunur.
Alıcılar da qiymətin artdığını bildirirlər. Satıcılar bildirir ki, qiymətin artmasının əsas səbəblərindən biri də mal-qara üçün nəzərdə tutulmuş yem və dərman məhsullarının bahalaşmasıdır.
Alıcılardan biri qiymət artımı ilə bağlı Baku TV-yə danışıb: "20 manata ət olar? Kasıb nə etsin, acından ölsün? Əvvəl ətin qiyməti 15-16 manat idi, indi 20 manat olub. Qiymətlər hər gün artır. Kasıb ət yeməli deyil?".
Satıcı Elçin Həşimov isə deyir ki, dana əti hazırda 15 - 15,50 manat arasında dəyişir: "Quzu əti isə 19-21 manat arasındadır. Mal-qara üçün yem, ot qiymətləri yüksəldiyinə görə, istər-istəməz ətin qiyməti qalxır. Alıcı qüvvəsi zəifdir".
Daha ətraflı Baku TV-nin süjetində:
-
Magazin122:12
"Yataqxanada qalırdım, amma ən son model maşınları sürürdüm" - Zamiq Hüseynov - VİDEO
-
Dünya21:11
Canlı efirdə zəlzələ: Maya Sandunun çətin anları - VİDEO
-
Magazin120:40
Naomi Kempbell Bakı səfəri barədə PAYLAŞIM ETDİ
-
Kriminal20:30
İki yaşlı körpə soğan tarlasında ölü tapıldı - Daha bir qətl?
-
Nəqliyyat19:50
Bakı sakinlərinə pis xəbər: Aylarla davam edəcək...
-
Kriminal19:15
Keçmiş deputata 9 il həbs cəzası istənildi
-
Ekologiya18:43
Bu günlərdə ehtiyatlı olun! - Əhaliyə XƏBƏRDARLIQ
-
Sosial17:10
Deputat seçilən Günay Ağamalı bağçasını bu qiymətə satır