İdman
"Qızıl top"a əsas namizədlər BƏLLİ OLDU - İlk 5-likdə kimlər var?
Braziliya millisinin və İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisius Junior “Qızıl top”a namizədlər siyahısında birinci olub.
Publika.az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb.
İlk 5-liyə braziliyalı ilə yanaşı, ingilis "Mançester Siti"nin futbolçusu Rodri, "Real"ın futbolçuları Cude Bellinqhem və Dani Karvaxal, həmçinin "İnter"in hücumçusu Lautaro Martinez daxil olub.
Fransa millisi ilə birlikdə Avropa çempionatının yarımfinal mərhələsində mübarizədən kənarlaşdırılan Kilian Mbappe yeddinci, Avro-2024-ün ən yaxşı gənc futbolçusu Lamin Yamal 12-ci, Lionel Messi isə 16-cı yerdə qərarlaşıb.
Rodri, Karvaxal və Yamal İspaniya millisinin tərkibində Avropa çempionu olublar. Finalda ingilislərə 2:1 hesabı ilə qalib gəliblər. Yamal həm də dörd məhsuldar ötürmə ilə ən yaxşı assistent olub.
Martinez və Messi əlavə vaxtda Kolumbiyaya qalib gələrək Amerika kubokunun qalibi olublar - 1:0. Qələbə qolunu 112-ci dəqiqədə Lautaro vurub, Messi 66-cı dəqiqədə zədələnərək meydanı tərk edib.
Messi 2023-cü ildə “Qızıl top”u qazanıb. Onun üçün bu kubok karyerasında səkkizinci olub.
Hüseyn İbadlı
-
Magazin204:14
Azərbaycanlı müğənniyə “xarici agent” ittihamı - FOTO
-
MDB03:13
Şimal işıqları yenidən göz oxşadı - FOTO
-
Mətbəx02:42
Keyfiyyətsiz balı belə müəyyən etmək olar - SADƏ ÜSULLAR
-
Sosial01:41
Qalmaqallı hakim məhkəmə sistemindən QOVULDU - FOTO
-
Magazin101:21
Toyda döyülərək xəstəxanalıq edilən Kərimdən YENİ AÇIQLAMA
-
Hadisə00:45
Bakıda kütləvi dava - VİDEO
-
Magazin200:15
Kardi B üçüncü dəfə ANA OLDU: uşağın atası o imiş... - FOTO/VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Belə olaylar sizi qıcıqlandıracaq