Sadıqov etiraf etdi: Onunla danışıq aparıblar, amma…
Bizi izləyin

İdman

Sadıqov etiraf etdi: Onunla danışıq aparıblar, amma…

“Ximki”yə sponsorluq edən azərbaycanlı iş adamı Tufan Sadıqov Moskva vilayəti klubunun hazırda azad agent olan 35 yaşlı hücumçu Artyom Dzyuba ilə maraqlanması ilə bağlı yayılan məlumatı şərh edib.

Publika.az xəbər verir ki, Sadıqov bu barədə “Match TV”-yə danışıb.

“Mən şərh verə bilmərəm. Artyomla danışdıq, onu bəyənirik. Artyomu klubda görmək istərdim, amma qərarı məşqçi verir. O nə deyəcəksə, elə də olacaq”, – Sadıqov bildirib.

Ötən mövsüm rusiyalı futbolçu Moskva “Lokomotiv”ində çıxış edib. O, bütün yarışlarda 26 matçda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 2 milyon avrodur.

3 turdan sonra “Ximki” dörd xal toplayıb və Rusiya elitasında beşinci yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm