İdman
İlqar Məmmədov rusiyalı idmançıları biabır etdi
Rusiyalı idmançılar informasiya məkanında ancaq özlərinin piarları ilə məşğuldurlar.
Publika.az xəbər verir ki, bunu Rusiya Qılıncoynatma Federasiyasının (RFF) prezidenti İlqar Məmmədov bildirib.
Bundan əvvəl Rusiyanın idman naziri Mixail Deqtyarev rusiyalı idmançıları Beynəlxalq Olimpiya Komitəsinin (BOK) siyasətindən narazılıqlarını daha fəal ifadə etməyə çağırıb.
“Mən təşəbbüsü tam dəstəkləyirəm. Amma bu, indiki kimi özünü reklam olmamlıdır. Siz başa düşməlisiniz ki, psixologiyasına görə idmançılar özləri və karyeraları haqqında düşünürlər.
Bu, nə yaxşı, nə də pisdir – sadəcə olaraq belədir. Hazırda idmançılarımız informasiya məkanında öz piarlarından başqa heç bir işlə məşğul deyillər, başqa cür də olmayıb. Olimpiadadan sonra mən amerikalı folqa məşqçisi ilə əlaqə saxladım, hətta mənfur VPN quraşdırdım. Onlar beynəlxalq federasiyaya video çəkdirdilər ki, bizim iştirakımızın əleyhinədirlər, amma sonda Olimpiya Oyunlarında medal da qazana bilmədilər. Bütün mübahisəmizi təsvir etməyəcəyəm, amma fakt budur ki, bu mövzunu açıq şəkildə qaldırdım. Biri mənim tərəfimi tutdu, kimsə mənə hücum etdi, diqqət çəkdi. Müasir texnologiyalar bu problemi həll etsə də, idmançılarımızın, xüsusən də dili bilmədən belə bir şey edəcəyinə şübhə edirəm”, – Məmmədov “VseProSport”a bildirib.
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi – İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...
-
İqtisadi gündəm10:10
Təsdiqləndi: Bu şəxslərin də maaşları artırıldı
-
ABŞ09:40
Bütün dünya Trampın tariflərinə hazırlaşır: görün hansı təhdidlər olacaq
-
İKT09:00
Məşhur bloqer "TikTok"u almaq istəyir
-
Səhiyyə08:48
Nazirlikdə “Volqa” yeyintisi - FOTO