Millimiz İsveçə məğlub oldu - YENİLƏNDİ
Bizi izləyin

İdman

Millimiz İsveçə məğlub oldu - YENİLƏNDİ

UEFA Millətlər Liqasında İsveç yığması ilə qarşılan millimiz 1:3 hesabı ilə məğlub olub.

Publika.az xəbər verir ki, C Liqasının I qrupu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün 65-ci dəqiqəsində hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub. Daha sonra İsveç millisində Viktor Gyökeres 80-ci dəqiqədə penaltidən fərqlənməklə hesabı artırıb. Millimizdən isə Renat Dadaşov 82-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

21:47

xxx

21:48

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında millimiz fərqi azaldıb.

Publika.az xəbər verir ki, C Liqasının I qrupu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə millimiz fərqi 2 topa endirib İsveç millisi fərqi artırıb - 3:1.

65-ci dəqiqədə hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub. Viktor Gyökeres 80-ci dəqiqədə penaltidən fərqlənib. Millimizdən isə Renat Dadaşov 82-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

xxx

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında növbəti qol vurulub.

Publika.az xəbər verir ki, C Liqasının I qrupu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə İsveç millisi fərqi artırıb - 2:0.

65-ci dəqiqədə hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

xxx

21:31

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında hesab açılıb.

Publika.az xəbər verir ki, C Liqasının I qrupu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə İsveç millisi öndədir - 1:0.

65-ci dəqiqədə Aleksander İsak fərqlənib.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

xxx

20:00

UEFA Millətlər Liqasında Azərbaycan - İsveç matçına start verilib.

Publika.az xəbər verir ki, görüş C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edir.

xxx

19:45

Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək Azərbaycan və İsveç yığmalarının start heyətləri açıqlanıb.

Publika.az xəbər verir ki, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Azərbaycan: Mehdi Cənnətov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Abbas Hüseynov, Aleksey İsayev, Coşqun Diniyev, Toral Bayramov, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev.

İsveç: Conasson, Auqustinsson, Hin, Duqlas, Valkvist, Ayari, Svanberq, Elanqa, Isak, Kulusevski, Cökereş.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm