İdman
Maksim Medvedev mükafatlandırıldı
Azərbaycan milisinin və "Qarabağ"ın sabiq futbolçusu Maksim Medvedevə Millətlər Liqasında İsveçlə oyundan öncə AFFA tərəfindən xatirə hədiyyəsi verilib.
Publika.az xəbər verir ki, keçmiş futbolçu milli komandada göstərdiyi xidmətlərə görə qiymətləndirilib, ona təşəkkür edilib.
Hədiyyə M.Medvedevə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və "Zirə" klubunun hazırkı baş məşqçisi, millimizdə ən çox oyun keçirmiş Rəşad Sadıqov (111 oyun) tərəfindən təqdim olunub. Ona simvolik olaraq çərçivəyə salınmış Azərbaycan yığmasının forması təqdim edilib.
Qeyd edək ki, müdafiəçi 2009-2022-ci illər ərzində formasını geyindiyi Azərbaycan millisində 81 oyun keçirib, 4 qol müəllifi olub. O, ötən mövsüm bitdikdən sonra futbolçu karyerasını nöqtələyib.
-
Magazin108:25
Bakıda qayınanadan ŞOK PLAN: gəlinin acığına bu cazibədar məşhuru toya çağırdı - VİDEO
-
Elm və təhsil07:47
Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur
-
ABŞ07:30
ABŞ Konqresi UNO-larla bağlı dinləmələr keçirəcək
-
Ekologiya07:17
Bu gün Azərbaycana qar yağacaq - PROQNOZ
-
Dünya06:46
Cütlük təsadüfən 15 min dollar dəyərində MİRVARİ TAPDI - FOTO
-
ABŞ02:12
Trampın yaxınlığında atəş açan O İMİŞ...
-
Elm və təhsil00:45
Azərbaycanda iki yeni universitet FƏALİYYƏTƏ BAŞLAYIR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ciddi problemlərlə qarşılaşa bilərsiniz