Qadın futbolunun əfsanəsi karyerasını bitirdi - VİDEO
Bizi izləyin

İdman

Qadın futbolunun əfsanəsi karyerasını bitirdi - VİDEO

Amerikalı qadın futbolçu Aleks Morqan karyerasını bitirdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, dünyanın ən məşhur futbolçularından biri, 2012-ci ildə olimpiya çempionu, milli komandanın tərkibində ikiqat dünya çempionu (2015, 2019), “Lion”un tərkibində Qadınlar arasında Çempionlar Liqasının qalibi 35 yaşda karyerasını bitirir.

Sentyabrın 8-də futbolçu “San Dieqo”nun heyətində son matçını keçirəcək, bundan sonra butslarını mıxdan asacaq. Aleks hazırda ikinci uşağına hamilədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm