FİFA Rusiyanın bu qədər vəsaitini dondurdu
Bizi izləyin

İdman

FİFA Rusiyanın bu qədər vəsaitini dondurdu

Rusiya Futfol İttifaqının baş katibi Maksim Mitrofanov bildirib ki, FİFA “FIFA Legacy” layihəsi üçün ödənişləri dondurub.

Publika.az xəbər verir ki, “Futbol məktəbdə” layihəsi “FIFA Legacy” proqramı vasitəsilə həyata keçirilir.

“Hazırda biz “FIFA Legacy” layihəsi üçün ayrılan maliyyə dondurulub. Amma bu, geosiyasi qərarlara görə yox, daha çox texniki məsələdir. Müəyyən edilmiş idarəetmə strukturu var.

Qeyd edim ki, biz FİFA-nın yoxlamasından uğurla keçmişik. Onlar təsdiq etdilər ki, “FIFA Legacy”dən bütün vəsait düzgün istifadə olunub və proqram öz aralıq məqsədlərinə nail olub. Müəyyən bir yol xəritəsi var ki, təəssüf ki, tez-tez dəyişdirilir. ,

FİFA nə qədər pulu dondurub? Təxminən 2,5 milyard rublu”, – “Metaratings” Mitrofanovun sözlərini sitat gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm