Transferlərə ən çox pul xərcləyən klublar hansılardır? - Son 10 ilin reytinqi
Bizi izləyin

İdman

Transferlərə ən çox pul xərcləyən klublar hansılardır? - Son 10 ilin reytinqi

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) 2015-ci ildən bəri futbol klublarının transfer xərclərinə dair məlumatları təqdim edib.

Publika.az xəbər veirr ki, xərclər üzrə “ilk 3-lük”də İngiltərənin “Çelsi” (2,78 milyard avro), “Mançester Siti” (1,96) və “Mançester Yunayted” (1,95) klubları qərarlaşıb.

Maraqlıdır ki, “Bavariya” (1,20) və “Real Madrid” (1,16) son 10 ildə transferlərə xərclənən pullara görə “10-luğ”a belə düşməyib.

“Mançester Yunayted” (-1,3 milyard) və “Çelsi” (-1,2 milyard) transferlərə xərclənən pulların mənfi nisbətinə görə də reytinq cədvəldə ön sıralardadırlar.

Transferlərdən qazanc baxımından ən uğurlu klublar “Benfika” (816 milyon avro), “Ayaks” (473 milyon) və “Zalsburq” (401 milyon) olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm