Bakıda məşhur karate ustası həbs edildi: azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNDİ
Bizi izləyin

İdman

Bakıda məşhur karate ustası həbs edildi: azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNDİ

Bakıda həbs edilən tanınmış karate müəllimi Tərlan Cavadovun nədə ittiham edildiyi məlum olub.

Publika.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, T.Cavadov yetkinlik yaşına çatmayan şəxslə cinsi münasibətdə şübhəli bilinir.

Zərərçəkmişin onun yetirməsi olduğu bildirilir. Azyaşlının valideynləri tərəfindən Yasamal Rayon Polis İdarəsinə müraciət daxil olub. Polis tərəfindən müraciət dərhal araşdırılıb və T.Cavadov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 152-ci (altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Yasamal Rayon Məhkəməsi tərəfindən karate müəllimi barəsində həbs qətimkan tədbiri seçilib.

***

Tanınmış karate müəllimi Tərlan Cavadov həbs edilib.

Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, o, Yasamal Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.

İlkin ehtimala görə, o, tələbəsi ilə arasında yaşanan insident səbəbindən saxlanılıb.

Qeyd edək ki, T.Cavadov uzun illərdir karate üzrə tələbə hazırlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm