"Real"dan növbəti dəfə maxinasiya edib? - Bellingemin transferi...
Bizi izləyin

İdman

"Real"dan növbəti dəfə maxinasiya edib? - Bellingemin transferi...

"Real" "Borussiya"dan yarımmüdafiəçi Cud Bellingemin transferinin rəsmi qiymətini aşağı məbləğə rəsmiləşdirib.

Publika.az xəbər verir ki, bu barədə "Sport Bild" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 21 yaşlı ingilisin transferi Madrid klubuna 133,9 milyon avroya başa gəlib. "Kral klubu" isə 103 milyon rəsmiləşdirib.

Oxşar vəziyyət "Tottenhem"dən vinger Qaret Beylin transferi zamanı da yaşanıb. 2017-ci ildə İspaniya nəhəngi uelsli futbolçunu keçidini 91 milyon avroya rəsmiləşdirib. Əvəzind isə 100 milyon avro ödəyib.

Qeyd edək ki, Bellingem 2023-cü ilin yayında "Real"a keçib. O, ötən mövsüm 42 matçda 23 qol vurub, 13 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm