İdman
Köklü klubun yeni seks simvolu: Görün onu kiminlə müqayisə edirlər - FOTO/VİDEO
Çexiyanın eyniadlı şəhərinin “Usti nad Labem” klubu haqqında bəlkə də eşitmisiniz.
Publika.az xəbər verir ki, 2011-ci ildən komanda əsas liqanı tərk edib. Hazırda klub üçüncü divizionda çıxış edir. Bununla belə “Usti nad Labem” sosial şəbəkələrdə gündəmi müəyyənləşdirir.
Bir müddət əvvəl klub böyük sinəsinə görə "Çex Pamela Anderson" ləqəbli yeni müxbiri, Tana Bistronovanı işə götürüb. Tana və klub qısa zamanda məşhurlaşıb.
.jpg)
Çexiyalı gözəl vətənində məşhurdur: O, MMA turnirlərində çalışıb, "Viagra" reklamında rol alıb və "Instagram"da 100 mindən çox izləyicisi var. İndi Tana matçlardan sonra futbolçulardan müsahibələr alır.
"Usti nad Labem" rəsmi olaraq Bistronovanı işə götürüb. Klub daha populyar olmaq, sponsorlar cəlb etmək və daha yüksək liqalara yüksəlmək istəyir. Digər məqsəd oyunçuları motivasiya etməkdir. Sarışın gözəl meydanın kənarında dayanır və onları həvəsləndirir.
“Bu, mənim üçün həyatda yeni bir fürsətdir. Uzun müddət modelliklə məşğul olsam da, bu tamam başqa bir sahədir. Mən yeni işimi çox sevirəm, çünki futbolu sevirəm", - deyə Bistronova bildirib.
Bistronova peşəkar suallar vermək üçün hələ kifayət qədər biliyə malik deyil. Ona CNN-də işləyən sevgilisi və məşhur teleaparıcı Tomas Vzorek kömək edir. “ O, mənim ən böyük müəllimimdir. Mən ondan bacardığım qədər öyrənirəm ”, - deyə Tana etiraf edib.
.jpg)
"Usti nad Labem" Bistronovadan razıdır. Onunla bağlı yeni layihələr hazırlanıb. Klub Tana və digər modellərin iştirakı ilə 2025-ci ilin üçün açıq-saçıq şəkillərlə dizayn edilən təqvim buraxacaq. Maraqlıdır ki, klub çəkilişdən videonu artıq sosial şəbəkələrdə paylaşıb.
"Ustí nad Labem"in sosial şəbəkələrdə viral olması ilk dəfə deyil. Əvvəllər klub azarkeşlərinə 1000 ədəd pulsuz mövsüm biletini bağışlayıb. və "Miss Çexiya 2020" Valeri Herjanovanı müxbir kimi işə götürüb. Keçən il isə klub artıq çəkidən əziyyət çəkən 22 yaşlı vəkili mövsüm üçün sifariş ərizəsinə daxil etmişdi. Hüquq məsləhətçisinin atası bunun üçün 20 min avro ödəmişdi. "Hər gün bizə 500 min çex kronu verilmir. Kimsə mənə klub üçün belə pul versə, oynamasına icazə verərəm”, - deyə klub prezidenti Premisl Kuban bildirib.
.jpg)
-
Sosial17:42Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika16:20İlham Əliyev fərman imzaladı
-
Region15:24Ermənistanda bu kəndlərdə məktəblər bağlanır, əvəzində avtobuslar olacaq
-
Nida Xəbər 15:18Azərbaycanda 2 yeni institut YARADILDI - RƏSMİ
-
İdman14:16Oktaqonların gözəlindən qaynar - FOTOLAR
-
İdman13:16Ronaldo və Messi yenidən üz-üzə: DÇ-2026-nın dörddəbir finalında qarşılaşa bilərlər
-
Hadisə13:09Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
-
Rəsmi xronika12:20Nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir?
































.jpg)

