Futbolun sarışın gözəli sevgilisinin məvacibinə paxıllıq edir: Ədalətsizlikdir - FOTOLAR
Bizi izləyin

İdman

Futbolun sarışın gözəli sevgilisinin məvacibinə paxıllıq edir: Ədalətsizlikdir - FOTOLAR

"Yuventus"un üzvü Alişa Lemann dünyanın ən məşhur qadın futbolçusudur.

Publika.az xəbər verir ki, isveçrəli gözəl populyar olsa da, maaşından narazıdır:

“Məşqdən sonra mən tez-tez Duqlasa bunun ədalətsiz olduğunu deyirəm. Eyni işi görürük, amma o, məndən yüz min dəfə çox qazanır.
Mən ulduz deyiləm, adi bir insanam. Evə gedirəm, yemək bişirirəm, hamı kimi edirəm”.

Lemann bu yaxınlarda sevgilisi Duqlas Luis ilə eyni transfer pəncərəsində İtaliyaya yollanıb. Onlar “Aston Villa”dan ayrılaraq “Yuventus”a transfer olunublar. İsveçrəli qadın futbolçunun "Yuventus"dakı maaşı bilinmir. Klub Luis üçün 50 milyon, Alişa üçün isə cəmi 50 min avro ödəyib.

Onlar tez bir zamanda "Yuventus"a öyrəşiblər və start heyətində meydana çıxırlar. Lemann "Yuventus"un qadınlardan ibarət komandasında ilk qolunu da vurub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm