Ulduz futbolçu Çempionlar Liqasının yeni formatını tənqid etdi: Hamı bezib
Bizi izləyin

İdman

Ulduz futbolçu Çempionlar Liqasının yeni formatını tənqid etdi: Hamı bezib

"Liverpul"un qapıçısı Alisson Çempionlar Liqasının yeni formatı ilə bağlı sərt danışıb.

Publika.az xəbər verir ki, futbolçu “The Guardian”a açıqlamasında təqvimdə edilən dəyişikliklərdən narazı qaldığını elan edib:

“Heç kim oyunçulardan daha çox oyun əlavə etmək barədə nə düşündüklərini soruşmur. Bəlkə də bizim fikrimiz önəmli deyil. Hamı elə bilir ki, biz daha çox matç keçirməyi düşünürük. Elə deyil, hər kəs bundan bezib. Ancaq biz sabah qarşımızda duran böyük vəzifəyə diqqət yetirməliyik.

Başa düşürük ki, bizim işdə media, televiziya tərəfi var. UEFA, FİFA, Premyer Liqa, daxili yarışlarımız var. Biz axmaq deyilik, başa düşürük ki, insanlar daha çox oyun istəyirlər. Ancaq təqvimin təşkilinə cavabdeh olan bütün insanların birlikdə oturub bütün tərəfləri, o cümlədən oyunçuları dinləmələri məntiqli olardı. Sadəcə bizi dinləmək və futbolun getmək istədiyi istiqaməti başa düşmək lazımdır.

Əgər yorulsaq, yüksək səviyyədə yarış görə bilməyəcəksiniz. Oynadığım hər oyunda hər şeyimi vermək istəyirəm. Amma bizə bir həll lazımdır və belə görünür ki, biz buna yaxın deyilik”.

Qeyd edək ki, bu gün "Liverpul" Çempionlar Liqasının ilk turunda "Milan"la qarşılaşacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm