FİFA-nın yeni reytinq cədvəli açıqlandı: Milli komanda gerilədi
Bizi izləyin

İdman

FİFA-nın yeni reytinq cədvəli açıqlandı: Milli komanda gerilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Publika.az xəbər verir ki, sentyabr ayı üçün açıqlanan cədvələ əsasən, Azərbaycan yığması 1173,15 xalla 113-cü pillədə qərarlaşıb. Fernandu Santuşun rəhbərlik etdiyi komanda ötən ayla müqayisədə 6,73 xal itirib və 2 pillə geriləyib.

Siyahının ilk pillələrində dəyişiklik baş verməyib. Argentina 1889.02 xalla reytinqə başçılıq edir. "İlk üçlük"də Fransa (1851.92) və İspaniya (1836.42) yığmaları da qərarlaşıb.

Türkiyə 1538.52 xalla reytinq cədvəlinin 26-cı pilləsində qərarlaşıb.

Qeyd edək ki, ötən ay Azərbaycan millisi Millətlər Liqası çərçivəsində İsveç (1:3) və Slovakiya (0:2) yığmalarına məğlub olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm