Nida Xəbər
Bayramov Quterreşlə sülh sazişi üzrə danışıqları müzakirə etdi - YENİLƏNDİ
28 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın BMT, onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığı yüksək qiymətləndirildiyini bildirib. Xüsusilə, COP29 sədrliyimiz çərçivəsində aktiv əməkdaşlığımızın sədrliyin uğurla həyata keçirilməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.
COP29 sədrliyimiz çərçivəsində prioritet istiqamətlər və sədrlik təşəbbüsləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, COP29 çərçivəsində xüsusilə İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılması istiqamətində aktiv fəaliyyət aparıldığını bildirib.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, keçmiş məcburi köçkünlərin öz evlərinə ləyaqətli qayıdışının təmininə istiqamətlənən bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi, ikitərəfli danışıqlar, habelə sülh müqaviləsinin imzalanmasının qarşısında duran əsas çağırışlar barədə ətraflı məlumat verilib.
İkitərəfli danışıqlar prosesi çərçivəsində əldə olunan bir sıra irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyası, habelə digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının sülh qarşısında əsas maneə olduğu vurğulanıb.
Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
xxx
Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Baş katibi Antonio Quterreşlə Bakı ilə İrəvan arasındakı sülh sazişi üzrə danışıqları müzakirə edib.
Bu barədə dünya təşkilatının sözçüsü Stefan Düjarrik söyləyib.
Onun sözlərinə görə, tərəflər Azərbaycanın COP29-a sədrliyi kontekstində dünya təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığı, o cümlədən iqlimin maliyyələşdirilməsi üzrə yeni hədəfin yekunlaşdırılmasını müzakirə ediblər.
Mətbuat katibi əlavə edib ki, söhbət əsnasında Bakı və İrəvan arasında sülh sazişi üzrə danışıqların gedişi, minalardan təmizlənməsi barədə də fikir mübadiləsi aparılıb.
xxx
03:31
Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.
Publika.az Report-a istinadən xəbər verir ki, görüşdə C.Bayramov BMT-nin xatirə dəftərini imzalayıb.
Görüşdə Azərbaycanın COP29-sədirliyinə hazırlığı barəsində müzakirələr aparılıb və bir sıra maraq doğuran məsələlər müzakirə olunub.
-
Nəqliyyat19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq











.jpg)








.jpg)





.jpg)









