Türkiyə mətbuatı “Qarabağ”dan yazdı
Bizi izləyin

İdman

Türkiyə mətbuatı “Qarabağ”dan yazdı

“Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki çıxışı Türkiyə mətbuatının diqqətini çəkib.

Publika.az xəbər verir ki, təmsilçimizin 5-ci turunda səfərdə "Sent-Etyen"lə bərabərə (1:1) qalaraq qrupda ikinci pilləyə yüksəlməsinə qardaş ölkə mətbuatı da biganə qalmayıb.

Türkiyənin "NTV Spor" telekanalının saytı, “Ajansspor” xəbər agentliyi, sporx.com saytı və digər xəbər portalları “Qarabağ”ın Fransadakı matçı barədə yazıblar.

Türkiyə KİV-ləri ““Qarabağ"dan böyük sürpriz” başlıqlı xəbərdə komandanın bu heç-heçə ilə qrupda ikinci pilləyə yüksəldiyini qeyd ediblər.

Xatırladaq ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "İnter"i qəbul edəcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm