Onları bu dəfə "İnter Mayami" bir araya gətirdi
Bizi izləyin

İdman

Onları bu dəfə "İnter Mayami" bir araya gətirdi

"Real", "Yuventus" və "Napoli"nin sabiq hücumçusu Qonsalo İquain "İnter Mayami"nin məşqçilər korpusuna qoşulub.

Publika.az xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, 36 yaşlı argentinalı futbolçu inkişaf etdirmə və strategiya məşqçisi kimi fəaliyyət göstərəcək.

İquain futbolçu karyerasını 2022-ci ildə elə "İnter Mayami"də bitirib.

Qeyd edək ki, hazırda Qonsalonun Argentina millisindəki keçmiş komanda yoldaşı Lionel Messi "İnter Mayami"də çıxış edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm