"Barselona"nın əfsanəsi karyerasını bu tarixdə bitirəcək - VİDEO
Bizi izləyin

İdman

"Barselona"nın əfsanəsi karyerasını bu tarixdə bitirəcək - VİDEO

"Barselona"nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta oktyabrın 8-də futbolçu karyerasını başa vuracağını açıqlayacaq.

Publika.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

İnyesta karyerasının böyük bir hissəsində 8 nömrə geyinib. 40 yaşlı futbolçu sosial şəbəkələrdə bir rəssamın onu kürəyində sevimli rəqəminə bənzəyən sonsuzluq işarəsi çəkdiyinə dair video yayımlayıb. Eyni zamanda divarda belə yazılıb: “Mənim gələcəyim. 8.10.2024.”

İnyesta iyulun 1-də Birləşmiş Ərəb Əmirliklərinin "Emireyts" klubu tərk etdikdən sonra komandasız qalıb. Azad agent statusunda olsa da, heç bir klubla anlaşa bilməyib. 2018-2023-cü illərdə yarımmüdafiəçi "Vissel Kobe"də çıxış edib.

Bundan əvvəl İnyesta isə bütün karyerasını "Barselona"da keçirib. Əfsanə yetirməsi olduğu Kataloniya klubu ilə 4 dəfə Çempionlar Liqasının, 9 dəfə La Liqanın, 6 dəfə Kral kubokunun qalibi olub. İspaniya millisi ilə İnyesta 2 dəfə Avropa və bir dəfə isə dünya çempionu olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm