İdman
UEFA bu hakimi ÇL-in oyunundan niyə kənarlaşdırıb? – ŞOK SƏBƏB
Avropa Futbol İttifaqı (UEFA) Çempionlar Liqası çərçivəsində keçiriləcək “PSV Eyndhoven” – “Sportinq” matçının hakim heyətində dəyişiklik edib.
Publika.az xəbər verir ki, bu görüşün dördüncü hakimi italiyalı Fabio Mareska olmalı idi, lakin o, qalmaqalın mərkəzində olub və hakimlər siyahısından çıxarılıb.
“Gazzetta dello Sport”un məlumatına görə, Küveytin yüksək divizionunda “Əl Küveyt” – “Əl Ərəbi” matçında Mareska futbolçulardan birinə ölümlə hədələyib.
KİV-in məlumatına görə, bu, “Əl Ərəbi”nin futbolçusu Xalid əl-Marşd olub. Bu barədə komanda üzvü məlumat verib. O, əlavə edib ki, italiyalı hakimin bir oyunçuya “səni öldürəcəm” deyə qışqırdığı iddia edilən hadisəni video və digər vasitələrlə sübut etmək olar.
Bu iddialar ictimailəşəndə və qalmaqal UEFA rəhbərliyinə çatanda 43 yaşlı Maresku təyin olunduğu Çempionlar Liqası oyunundan uzaqlaşdırılıb.
Onu italiyalı Daniele Doveri əvəzləyib.
-
Dünya11:47Dəhşətli dərəcədə yaxındır - ABŞ-dan İran xəbərdarlığı
-
Sosial11:40Pensiya alanların nəzərinə
-
Rəsmi xronika11:04İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi
-
Yaxın Şərq10:48Əraqçidən hədə dolu bəyanat: İsraillə əlbir olanlar məsuliyyət daşıyacaqlar
-
Rəsmi xronika10:27Prezident bu nazirə yeni müavin təyin etdi - FOTO
-
Kriminal09:36“Referans” klinikasının direktoru arvadını niyə güllələyib?
-
Dünya08:49Trampla Si Cinpinin salamlaşması gündəm oldu - Video
-
Sağlamlıq08:24Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı - Video










.png)





















.jpg)


