"Qarabağ" uduzdu, Azərbaycan gerilədi
Bizi izləyin

İdman

"Qarabağ" uduzdu, Azərbaycan gerilədi

Avropa Liqasında 2-ci, Konfrans Liqasında isə 1-ci turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, baş tutan matçlardan sonra ölkələrin UEFA reytinqində dəyişiklik olub.

“Qarabağ”ın Avropa Liqasında növbəti məğlubiyyəti Azərbaycanın reytinqdə daha bir pillə geriləməsinə səbəb olub. Ağdam təmsilçisi evdə “Malmö”dən xal ala bilməyincə, aktivimizdəki 19,125 əmsal dəyişməz qalıb.

Bolqarıstan da artıq eyni xala malikdir və cari mövsümdə toplanan xallarının sayına görə Azərbaycanı geridə qoyub. Bu mövsüm 2,375 xal yığan Azərbaycan 28-ci sıraya düşüb.

UEFA reytinqinə 92,446 əmsalla İngiltərə başçılıq edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm