Avropa Kuboku: “Qarabağ” növbəti mərhələyə yüksəldi
Bizi izləyin

İdman

Avropa Kuboku: “Qarabağ” növbəti mərhələyə yüksəldi

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda cavab oyununa çıxıb.

Publika.az xəbər verir ki, son ölkə çempionu II mərhələnin cavab oyununda Lüksemburqun “Differdanj” kollektivi ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 26:25 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu komandalar arasında ötən gün baş tutan ilk oyunda da Ağdam təmsilçisi 27:24 hesabı ilə rəqibini üstələmişdi. Qeyd edək ki, III raundun matçları oktyabrın 10-dan 16-dək keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm