Poqba klubsuz qalmayacaq: Bu ölkələrin komandaları hərəkətə keçdi
Bizi izləyin

İdman

Poqba klubsuz qalmayacaq: Bu ölkələrin komandaları hərəkətə keçdi

"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba karyerasını Səudiyyə Ərəbistanı və ya ABŞ-da davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Mənbənin sözlərinə görə, artıq bu ölkələrin klubları 31 yaşlı fransalıya maraq göstərməyə başlayıb.

Oktyabrın 4-də məlum olub ki, İdman Arbitraj Məhkəməsi (CAS) Poqbanın antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya müddətini 4 ildən 18 aya endirib. Futbolçunun cəzası 2025-ci ilin martına qədər qüvvədə olacaq.

"Yuventus" isə buna rəğmən, Poqba ilə mövcud müqaviləni ləğv etmək niyyətindədir. Bu səbəbdən fransız yarımmüdafiəçi indidən özünə yeni klub axtarmağa başlayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm