İdman
DÇ-nin mükafatçısı 26 yaşında öldü - FOTO
Keniyalı qaçışçı Kipyeqon Bett 26 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, hadisə oktyabrın 6-da baş verib. Bett ötən günü yerləşdirildiyi Bomet qraflığındaki Tenvek xəstəxanasında dünyasını dəyişib. Bu barədə onun bacısı, tanınmış atlet Puriti Kiruy məlumat verib.
“O, bir aya yaxın özünü pis hiss etdi və xəstəxanada ambulator müalicə olundu. Şənbə günü onun vəziyyəti pisləşdi və əlavə müayinə üçün Tenvek xəstəxanasına göndərildi”, - deyə Kiruy bildirib.
Kipyeqonun qaraciyəri və digər daxili orqanlarının zədələndiyi iddia olunur.
Bett 800 metr məsafəyə qaçışda gənclər arasında 2016-cı il dünya çempionu və eyni məsafədə 2017-ci ildə dünya çempionatının bürünc mükafatçısıdır.
2018-ci ildə o, dopinqə görə 4 il müddətinə cəzalandırlıb. 2022-ci ildə qısa müddətə yarışlara qayıdıb. Lakin sonra səhhətinə görə çıxış edə bilməyib.
Heybət
-
Region16:10
Gürcüstan prezidentinin qaçacağı yer bəlli oldu: Bu ölkə sığınacaq verdi
-
İqtisadi gündəm15:30
Mərkəzi Bankdan MƏLUMAT: Avro ucuzlaşdı, dollar isə...
-
Sosial14:45
Prezidentin 5 il sonra yenidən eyni vəzifəyə təyin etdiyi Elbrus İsayev kimdir? - DOSYE
-
Sosial14:18
Bu ərazilərimizə leysan yağır - FAKTİKİ HAVA
-
Qarabağ 13:28
“Yaxşı, Qarabağ Azərbaycan deyil...” - Paşinyandan yeni açıqlama
-
Dünya12:56
Bu iki ölkənin Əsəd üçün “Sezar” planı: bölgədə hər şey dəyişəcək
-
Cənubi Qafqaz12:50
Paşinyan tapşırıq verdi: sensasion siyahı hazırlanır - Yeni qalmaqal olacaq
-
Nida Xəbər 12:23
ABŞ-ın Azərbaycandakı səfiri istefa verdi