“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
Bizi izləyin

İdman

“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı

Bir neçə saat öncə baş məşqçisi Roman Qriqorçuk ilə yollarını ayıran “Neftçi” komandaya rəhbərlik edəcək mütəxəssisin axtarışlarına başlayıb.

Publika.az xəbər verir ki, “ağ-qaralar” hazırda yerli variantlara üstünlük verir. Baş məşqçi postuna ən real namizədlərdən biri də Tərlan Əhmədovdur.

Paytaxt klubu artıq 53 yaşlı mütəxəssis ilə danışıqlara başlayıb. 2017/18-ci illər mövsümündə “Neftçi”yə rəhbərlik edən Əhmədov həmin vaxt da komandanı son sıralardan təhvil almış və avrokuboklara daşımışdı. Bakılılar təcrübəli məşqçinin eyni uğuru təkrarlayacağına inanır.

Qeyd edək ki, baş məşqçi postuna digər namizədlər Samir Abasov, Mahmud Qurbanov Arif Əsədov və Rəşad Abdullayevdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm