"Real"ın Karvaxalla bağlı yeni planı bəlli oldu
Bizi izləyin

İdman

"Real"ın Karvaxalla bağlı yeni planı bəlli oldu

"Real" zədələnən müdafiəçisi Daniel Karvaxala əvəzləyici axtarmır.

Publika.az xəbər verir ki, Madrid klubu yanvarda Karvaxalın yerinə oyunçu almaq niyyətində deyil.

“Başqa bir faciə baş verməsə, transfer etməyi düşünmürlər. "Real"ın planı Lukas Vaskesə tam etibar etməkdir”, - deyə jurnalist Xose Luis Sançes bildirib."

Qeyd edək ki, "Los Blankos"un "Liverpul"un müdafiəçisi Trent Aleksandr-Arnoldun transferində maraqlı olduğu bildirilir.

Karvaxal La Liqanın 9-cu turunun "Vilyarreal"la matçının (2:0) sonunda zədələnərək meydanı xərəkdə tərk edib. Onun ön çarpaz bağları qopub. Bu səbəbdən Dani mövsümü erkən başa vurub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm