Göz yaşlarını saxlaya bilmədi: Bu günün gələcəyini heç düşünməmişdim
Bizi izləyin

İdman

Göz yaşlarını saxlaya bilmədi: Bu günün gələcəyini heç düşünməmişdim

"Barselona"nın və İspaniya millsiinin sabiq futbolçusu Andres İnyesta futbolçu karyerasının başa çatması münasibətilə təşkil olunan xüsusi mərasimdə çıxış edib.

Publika.az xəbər verir ki, 40 yaşlı əfsanə nitqi zamanı göz yaşlarını saxlaya bilməyib:

“Bu günün gələcəyini heç düşünməmişdim. Bunu heç təsəvvür etməmişdim. Bu günlərdə tökdüyümüz bu göz yaşları kədər göz yaşları deyil, həyəcan və qürur göz yaşlarıdır. Futbolçu olmaq arzusunda olan, buna zəhmət, fədakarlıq və heç vaxt təslim olmamaqla nail olan o oğlanın göz yaşlarıdır.

Bu dəyərlər mənim həyatımdakı əsas dəyərlərdir. Ona görə də bu gün mən keçdiyim yola görə qürur hissi yaşayıram. Mənim karyeram nağıl olub”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm