"Bayern" onun "Real"a keçidinin qarşısını almaq üçün bu yola əl atdı
Bizi izləyin

İdman

"Bayern" onun "Real"a keçidinin qarşısını almaq üçün bu yola əl atdı

"Bayern" yarımmüdafiəçisi Camal Musialanın maaşını əhəmiyyətli dərəcədə artırmağa hazırdır.

Publika.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.

21 yaşlı futbolçunun Münhen klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Musialanın "Real"a keçməməsi üçün "pivəçilər" gənc futbolçunu klubun ən çox maaş alan iki oyunçusundan birinə çevirməyə və ona ildə 25 milyon avro ödəməyə hazırdır.

Klubda sözügedən məbləğdə maaş alan yeganə futbolçu Harri Keyndir.

Bu mövsüm Musiala "Bayern"in heyətində bütün turnirlərdə 8 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm