Avropa çempionu olan baş məşqçi üsyan etdi: Tarixdə belə hadisə olub?
Bizi izləyin

İdman

Avropa çempionu olan baş məşqçi üsyan etdi: Tarixdə belə hadisə olub?

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, "matadorlar"la Avropa çempionu olan mütəxəssis "Marca"ya müsahibəsində onunla yeni müqavilə imzalanmamasından narazılıq edib:

"Avropa çempionunun müqaviləsiz qalması normal deyil. Bilmirəm, eyni şey Luis Enrike ilə də olub? Tarixdə belə hadisə olubmu? U-21 millisindən ayrıldığım vaxtdakı müqavilədə olduğu kimi işləyirəm. İndi yeni sözləşmə imzalasaydım, ədalətli olardı”.

Xatırladaq ki, de la Fuente 2022-ci ildən "qırmızı furia"nın "sükanı arxasında"dır. Bu müddət ərzində o, milli ilə Millətlər Liqasının və Avropa Çempionatının qalibi olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm